İngiltərə Futbol Assosiasiyası "Liverpul"un futbolçusu Harvi Elliottu 14 günlük cəzalandırıb.
16 yaşlı yarımmüdafiəçi "Tottenhem"in hücumçusu Harri Keyni təhqir etməkdə günahkar bilinib. İngiltərəli oyunçu iyunun 1-də "Snapchat"da yayımlanan bir verilişdə Keyni cılız və axmaq adlandırıb.
Elliott cəza aldığı üçün oktybarın 24-də gənclər komandası ilə "Vulverhempton"a qarşı görüşdə iştirak etməyəcək.
Qeyd edək ki, Elliott "Fulhem"də çıxış edərkən 16 yaşında Premyer Liqada debüt edib. Oyunçu bu ilin iyul ayında "Liverpul"a keçib. /report