AFFA baş məşqçini cəzalandırıb

15:50 - 8 Oktyabr 2019 - İDMAN

AFFA İntizam Komitəsi aşağı yaşlı futbolçuların çıxış etdikləri liqalarda təhqiramiz ifadələr işlədən şəxslərin cəzalarını açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, U-14 liqasında Beyləqanın "Bahar Gİİ" və Ağcabədinin UGİM kollektivlərinin matçında müvafiq olaraq komandaların baş məşqçiləri Xudaverdi Tumasov və Namiq Quliyev bir-birilərini söyüb. Bu səbəbdən, hər iki mütəxəssisə 3 oyunluq cəza verilib.

U-13 liqasında "Keşlə"nin baş məşqçisi Xəyyam Bəkirov "Zirə" ilə görüşdə hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb. Eyni cəza U-15 liqasındakı “İsgəndər Cavadov BFA” komandasının baş məşqçisi Elşən Ələskərova da verilib. O, "Qarabağ"la dueldə hakimə qarşı nalayiq ifadələr işlədib.

U-13 qızlar liqasında "Fidan"ın baş məşqçisi Yavər Rəhimov “8 №-li RİOEUGİM” kollektivi ilə görüşdə rəqib komandanın futbolçusunu təhqir etdiyi üçün 3 matçlıq cəza ilə üzləşib. U-17 liqasında “İsgəndər Cavadov BFA”nın futbolçusu Əhməd İbadov hakimə qarşı təhqiredici ifadələrə görə 4 oyunluq cəza alıb. 

Xəbər xətti