Əfsanəvi futbolçu Dieqo Maradonanın baş məşqçisi olduğu “Ximnasiya La-Plata” komandası Argentina çempionatında ilk qələbəsini qazanıb.
Səfərdə “Qodoy Krus”u məğlub edən (4:2) komanda ardıcıl məğlubiyyət seriyasına nəhayət ki son qoyub.
Qələbəyə hamıdan çox sevindiyi hiss olunan Maradona matçdan sonra paltardəyişmə otağında rəqs edib. /oxu.az