Qurban Qurbanov: "Belə halları qorxaqlıq hesab edirəm”

07:41 - 4 Oktyabr 2019 - İDMAN

“İdmanda belə şeylərin olmasının tərəfdarı deyiləm. Bir dəfə də belə hadisə baş vermişdi. Həmişə belə halları qorxaqlıq hesab edirəm”.  APA-nın məlumatına görə, bunu Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. 47 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin II turunun “Düdelanj”la Lüksemburqdakı görüşündən sonra (4:1) keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb. Q.Qurbanov matçın birinci hissəsində baş verən təxribata münasibət bildirib: “Biz həmişə çalışmışıq ki, mədəniyyətimizi, intizamımızı göstərək. Futbolçular da hansı komandanı təmsil etdiklərini bilirlər. Belə halları qorxaqlıq adlandırıram. Fəxr edirəm ki, azərbaycanlıyam, "Qarabağ"ı çalışdırıram və belə bir kollektivim var”. Qeyd edək ki, matçda təxribat Ağdam təmsilçisinin ikinci qolundan sonra yaşanıb. Separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilib. Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb. Bunu görən şotlandiyalı baş hakim Con Biton matçı dayandırıb. Təxminən 25 dəqiqəlik fasilədən sonra oyun davam etdirilib və Ağdam təmsilçisi 4:1 hesablı qələbə qazanıb.

Xəbər xətti