"Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.
Qol.az xəbər verir ki, Çempionlar Liqasında çıxış edəcək “qırmızı-qaralar” I mərhələdə Kiprin APOEL klubu ilə qarşılaşacaq. Nikosiyanın “Makarion” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, "Qəbələ" artıq tarixində 3-cü dəfədir UEFA Gənclər Liqasında qüvvəsini sınayır. "Qırmızı-qaralar" 2016/2017 və 2018/2019 mövsümlərində bu turnirdə iştirak edib.
2 oktyabr
UEFA Gənclər Liqası
Çempionlar yolu
I mərhələ, ilk oyun
18:00. APOEL (Kipr) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Furkat Atacanov (Qazaxıstan)
Nikosiya. “Makarion” stadionu