Paytaxtda ağacların qurudulması faktı aşkar edildi - Foto

17:58 - 2 Avqust 2019 - Xəbər

Bakıda Heydər Əliyev prospekti 103 A ünvanında ağacların qurudulması ilə bağlı ETSN-ə daxil olan şikayət Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda “Azərsu” ASC-yə məxsus binanın həyətində aparılan tikinti işləri zamanı ağacların qurudulduğu faktı aşkar edilib.

Faktla bağlı “Azərsu” ASC barəsində protokol tərtib olunub və toplanmış materiallar məhkəməyə hazırlanır./trend


Xəbər xətti