Bakıda 2 marşrut üzrə yeni avtobuslar fəaliyyətə başladı

10:21 - 26 Dekabr 2018 - Xəbər

Bakıda 64 ("Neftçilər" metrostansiyası-Yeni Günəşli) və 81 saylı (Köhnə Günəşli-Qaraçuxur) müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti yeni avtobuslarla təşkil edilib. Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O bildirib ki, qarşıdakı aylarda digər, xüsusən də sərnişinlərin daha çox narazı qaldığı marşrut xətləri üzrə də analoji addımlar atılacaq.

Xəbər xətti