Hacı Əbdül: “Mehriban xanım Əliyeva İmam Hüseyn məscidini ikinci dəfə həyata qaytardı”

11:30 - 24 Oktyabr 2018 - Xəbər

“İmam Hüseyn məscidinin açılışı və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüş çox gözəl keçdi”.

Ucnoqta.az xəbər verir ki, bunu “Report”a açıqlamasında məscidin axundu Hacı Əbdül deyib. O, məscidin Mehriban Əliyeva tərəfindən ikinci dəfə həyata qaytardığını vurğulayıb: “Bu günə qədər məscid bir dəfə də olsun əsaslı təmir edilməmişdi. “Tövbə” cəmiyyəti olaraq hər yerə müraciət etmişdik ki, məscid əldən gedir və təmirə ehtiyac var. Çünki həmin məscid qədim tarixi və təkrarı olmayan ibadət məkanıdır. Nəhayət Mehriban xanıma müraciət etdik. Sağ olsun ki, bizim müraciətimizi qəbul edərək məscidi əsaslı surətdə və gözəl şəkildə təmir etdirərək dindarlara qaytardı”.

Hacı Əbdül qeyd edib ki, məscid dünəndən etibarən ibadətə açılıb: “Hətta dünən axşam namazı da qılınıb”.

Xəbər xətti