Fədayə Laçın həbsxanada kökəlməsindən danışdı
Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən Fədayə Laçın Bakı İstintaq Təcridxanasındakı həyat tərzindən danışıb. Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, o, bu gün keçirilən məhkəmə iclasına gətirilib.
Proses başlamazdan əvvəl müğənni həbsdəki vəziyyətinə toxunub. O, azadlıqdakı durumu ilə müqayisədə həbsdə olarkən artıq çəki aldığını deyib:
“Orada bütün günü yemək yeyirəm, oturaq həyat tərzi sürürəm. Ona görə kökəlmişəm. Mənə evdən də yemək göndərirlər”.
O, saxlanma şəraitindən narazılıq etməyib.