Ucnoqta.az
www.ucnoqta.az

Fədayə Laçın: <font color=red><b>"Kökəlmişəm"</b></font>

16:12 - 12 Sentyabr 2018 tarixində dərc olunub.

Fədayə Laçın həbsxanada kökəlməsindən danışdı

Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən Fədayə Laçın Bakı İstintaq Təcridxanasındakı həyat tərzindən danışıb. Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, o, bu gün keçirilən məhkəmə iclasına gətirilib. 

Proses başlamazdan əvvəl müğənni həbsdəki vəziyyətinə toxunub. O, azadlıqdakı durumu ilə müqayisədə həbsdə olarkən artıq çəki aldığını deyib: 

“Orada bütün günü yemək yeyirəm, oturaq həyat tərzi sürürəm. Ona görə kökəlmişəm. Mənə evdən də yemək göndərirlər”. 

O, saxlanma şəraitindən narazılıq etməyib. 

Müəllif: