Azərbaycanda Polis Şöbəsində intihar: kamerada özünü asdı

10:43 - 16 Fevral 2018 - HADİSƏ

Astarada polis tərəfindən tutulan şəxs intihar edib.
 
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, hadisə Astara rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində qeydə alınıb.
 
 Orada saxlanılan, 1988-ci il təvəllüdlü Bəhram İmamverdiyev kamerada özünü asıb.
 
 Faktla bağlı Astara rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
 
 Qeyd edək ki, B. İmamverdiyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulubmuş.

Xəbər xətti