Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda Polis Şöbəsində intihar: <font color=red><b>kamerada özünü asdı</b></font>

10:43 - 16 Fevral 2018 tarixində dərc olunub.

Astarada polis tərəfindən tutulan şəxs intihar edib.
 
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, hadisə Astara rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində qeydə alınıb.
 
 Orada saxlanılan, 1988-ci il təvəllüdlü Bəhram İmamverdiyev kamerada özünü asıb.
 
 Faktla bağlı Astara rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
 
 Qeyd edək ki, B. İmamverdiyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulubmuş.

Müəllif: