Tanınmış azərbaycanlı iş adamının qohumu qətlə yetirilib - Moskvada

09:43 - 12 Fevral 2018 - HADİSƏ

Rusiya paytaxtında azərbaycanlı gənc qətlə yetirilib.

"Ucnoqta.az" APA-ya istinadən xəbər verir ki, qətl hadisəsi fevralın 9-da baş verib. 25 yaşlı Ruhin Rəhimov naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib. Onun küt alətlə qətlə yetirildiyi bildirilib.
 
Mərhumun cəsədi Bakıya göndərilib. Artıq dəfn olunub. 
 
Qeyd edək ki, Ruhin Rəhimov tanınmış azərbaycanlı iş adamı, hüquq elmləri doktoru İlham Rəhimovun yaxın qohumu, əmisinin nəvəsidir.

Xəbər xətti