Paytaxtın Bayıl yamacında baş verən sürüşmə anı kameraya düşüb.
“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, videoda sürüşmə zamanı bir evin tamamilə dağıldığı açıq-aydın görünür.
Xatırladaq ki, fevralın 10-da baş verən sürüşmə zamanı dörd evin dağıldığı bildirilib. Ərazidə yaşayan sakinlər təxliyyə olunub.