Bu ilin yanvar ayı ərzində Bakıda 13 piyadanı avtomobil vuraraq öldürüb.
"Ucnoqta.az" xəbər verir ki, bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının qəraragah rəisi, polis mayoru Talıb Qasımov məlumat verib.
T.Qasımovun sözlərinə görə, yanvar ayı ərzində piyadaların vurulması ilə nəticələnən 34 yol-nəqliyyat hadisəsi baş verib: "Piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri zamanı 13 piyada ölüb, 21 piyada isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb".