Salyanda polis narkotiklərlə mübarizə tədbirləri çərçivəsində keçirilən tədbirlər zamanı saxlanılan şübhəli şəxsi özünə xəsarət yetirib.
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, Salyan sakini, 1986-cı il təvəllüdlü Hüseynov Hüseyn Zeynalabdin oğlu narkotiklə saxlanılan zaman boğazını ülgüclə kəsib. O, xəstəxanaya çatdırılıb, müalicəsi davam edir.
Faktla bağlı araşdırma aparılır.