Azərbaycanda 20 il axtarışda olan cinayətkar Moskvada həbs edildi

14:19 - 9 Fevral 2018 - HADİSƏ

Rusiyada 20 il başqa adla gizlənən, cinayətkar qruplaşma lideri olan azərbaycanlı saxlanılıb.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Rusiya daxili işlər nazirliyinin rəsmi nümayəndəsi İrina Volk verib.
 

İrinanın sözlərinə əsasən, 49 yaşlı Qafqaz sakini Azərbaycan ərazisində törətdiyi quldurluq, insan oğurluğu və digər cinayətlərə görə 20 il beynəlxalq axtarışda olub. Onu Moskvanın Miçurin prospektində saxlayıblar.
 

Volk jurnalistlərə deyib: "Fiqurant 1997-ci ildən cinayət məsuliyyətindən yayınır. O, SSRİ vətəndaşının pasportundan istifadə edərək Rusiya Federasiyasının  vətəndaşlığını alıb. Hüquq mühafizə orqanları müəyyən ediblər ki, Azərbaycanda bu ad tamamilə başqa insana məxsusdur".
Saxlanılan şəxsin qeyri-qanuni aldığı vətəndaşlığı ləğv edilib. Onun mənzilində aparılan axtarış zamanı "İJ-70", "Baruninq" tapançaları, 23 patron və Qazaxıstan vətəndaşı adına saxta pasport aşkar edilib.
 

Saxlanılan şəxsə qarşı qanunsuz silah saxlama maddəsi ilə cinayət işi qaldırılıb. Cəzasını çəkdikdən sonra Azərbaycana ekstradisiya ediləcək.
Qeyd edək ki, saxlanılan şəxsin Rusiya ərazisində törədilən cinayətlərə əlaqəsi araşdırılır.

Xəbər xətti