Dünən axşam zavodda baş verən güclü partlayışdan sonra həmin ərazidə yaşayan sakinlər narahat olmağa başlayıb.
"Ucnoqta.az" xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşları bu gün zavoda baş çəkərək son durumla maraqlanıblar. Axşam saatlarında bağlı qalan avtomobil yollarında artıq heç bir məhdudiyyət yoxdur. Sakinlər də zavod ətrafındakı evlərinə sərbəst gedib, gələ bilirlər. Həmin partlayış baş verən zavodun giriş qapısı ilə üzbəüz və yaxınlığındakı iaşə obyektləri fəlaiyyətlərini normal formada davam etdirirlər.
Müdafiə Sənayesi Nazirliyinin balansında olan “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun mühafizəçiləri daxili əraziyə girişin kənar şəxslərə qadağan olunduğu bildirsələr də, iş sisteminin həmişəki kimi normal vəziyyətdə davam etdiyini açıqlayıblar.
Axşam saatlarında yanğınla nəticələnən partlayışın tüstüsü geniş ərazini əhatə etsə də, ətrafdakı obyektlərə və mülki vətəndaşların mənzillərinə heç bir ziyan dəyməyib.
Yanğınla bağlı araşdırma aparılır.