İstirahət günləri ölkədə 10 yol qəzası - 6 ölən, 16 yaralı

18:09 - 5 Fevral 2018 - HADİSƏ

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 177 cinayət faktı qeydə alınıb, onların da 39-u “isti izlər”lə açılıb.
 

"Ucnoqta.az" Trend-ə DİN-in mətbuat xidmətindən verilən məlumata istinadən bildirir ki, axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Həmçinin, respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 16 nəfər xəsarət alıb.

Qeyd olunur ki, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib: "Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb."

Xəbər xətti