Dağıstanda yanacaqdoldurma məntəqəsində (YDM) qaz partlaması nəticəsində iki nəfər xəsarət alıb.
"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, Bakı vaxtı ilə səhər saat 09:52-də Dağıstan Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinə Kakamaxi kəndindəki YDM-də operator otağında sonradan alışmayan qaz partlaması barədə informasiya daxil olub.
FHN nümayəndəsi partlayış nəticəsində heç bir dağıntının olmadığını, xəsarət alanların isə Levaşinski rayon xəstəxanasına aparıldığını bildirib.