Hadisə Biləcəri qəsəbəsi, Mikayılov küçəsində həyət evlərinin birində baş verib.
"Ucnoqta.az" “Ölkə.Az”-a istinadən xəbər verir ki, 1955-ci il təvəllüdlü Hüseynov Həzi Nəzər oğlu həyətdə əkin işləri görərkən əli torpağın altında olan qumbaraya toxunub.
Nəticədə qumbara partlayıb və H.Hüseynov xəsarət alıb.
Xəstəxanaya aparılan zərərçəkənin 3 barmağı amputasiya olunub.Faktla bağlı Binəqədi RPİ-də araşdırmalara başlanılıb.