Gül dükanında yanan sahibkar qadın öldü

15:44 - 24 Yanvar 2018 - HADİSƏ

Tovuz rayonunda ticarət mərkəzində yanğın zamanı xəsarət alan qadın dünyasını dəyişib.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, hadisədən sonra Gəncədəki xəstəxanalardan birinə yerləşdirilən Nərgiz Əmiraslanova bir neçə gün öncə Bakıya - Respublika Yanıq Mərkəzinə gətirilsə də, müalicələr müsbət nəticə verməyib.
 

Yanvarın 23-də qadının vəziyyəti daha da pisləşib. Yaxınlarının razılığı ilə qadın mərkəzdən çıxarılıb. O, Tovuz rayonuna aparılarkən yolda dünyasını dəyişib.
 

Qeyd edək ki, hadisə yanvarın 18-də rayon ərazisindəki Nəsimi Ticarət Mərkəzində baş verib. Gecə saat 23:00 radələrində Ticarət Mərkəzinin içərisində yerləşən gül dükanında qəfil yanğın başlayıb. Yanğının qarşısı alınsa da, dükanın sahibi, 1956-cı il təvəllüdlü Əmiraslanova Nərgiz Hüseynqulu qızı ağır yanıq xəsarətləri alıb və bədəninin 65 faizdən artıq hissəsi yanıb.

Xəbər xətti