Paytaxtda, "Qara Qarayev" metrosunun yaxınlığında yerləşən restoranlardan birində keçirilən toy məclisində bədbəxt hadisə baş verib.
Lent.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə ötən gecə qeydə alınıb. Toyda iştirak edən 60 yaşlı kişi bir müddət rəqs edəndən sonra yerində əyləşib. Amma təxminən 5 dəqiqə sonra onun rəngi qaralıb və bundan sonra ürəyi qəfil dayanaraq dünyasını dəyişib.
Hadisə baş verəndən sonra şənlik dayandırılıb və hamı evinə gedib.