Rafiq Hüseynovla vida mərasimi başlayıb

09:44 - 3 Noyabr 2017 - Xəbər

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi başlayıb.

“Report”un məlumatına görə, vida mərasimində mərhumun ailə üzvləri, məşhur diktorlar Ofeliya Sənani, Şərqiyyə Hüseynova, Nərgiz Cəlilova, ictimaiyyət nümayəndələri iştirak edir.

Rafiq Hüseynovun yas mərasim Heydər məscidində keçiriləcək.

Qeyd edək ki, uzun illər ağciyər xərçəngindən əziyyət çəkən R.Hüseynov oktyabrın 26-da Almaniyanın Düsseldorf şəhərindəki xəstəxanalardan birində vəfat edib.

Xəbər xətti