Aliment ödənişi üzrə borclu kimi 5 ildir axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunacaq

11:29 - 1 Noyabr 2017 - Xəbər

Rusiyanın Ryazan vilayətində aliment ödənişi üzrə borclu kimi 2012-ci ildən axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə "Report" Rusiya Daxili İşlər Nazirliyinin vilayət idarəsinə istinadən xəbər verir.

Sənədlərin yoxlanışı zamanı kişinin Rusiya Federasiyasının ərazisində qeyri-qanuni yaşadığı müəyyən edilib. Miqrasiya qanunvericiliyini pozan şəxs polis şöbəsinə aparılıb.

Sonrakı araşdırma nəticəsində polis əcnəbi vətəndaşın Azərbaycanın hüquq-mühafizə orqanlarının təşəbbüsü ilə 2012-ci ildən aliment borclusu kimi federal axtarış siyahısında olduğunu aşkar edib.

Adı açıqlanmayan bu şəxs Azərbaycan tərəfinə ekstradisiya olunacaq.

Xəbər xətti