Yeni Kaledoniya sahillərində 7 maqnituda gücündə zəlzələ baş verib

09:33 - 31 Oktyabr 2017 - Xəbər

Çərşənbə axşamı Sakit okeanın Yeni Kaledoniya sahillərində 7 maqnituda gücündə zəlzələ baş verib. Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri Tadin şəhərindən 129 km şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 14,9 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur. “Report”

Xəbər xətti