Bacısından açıqlama: "Fədayə hazırda Xaçmazdadır"

16:36 - 30 Oktyabr 2017 - Xəbər

Müğənni Fədayə Laçının həbs olunması ilə bağlı xəbərlər yayılıb. Ucnoqta.az xəbər verir ki,Yenicag.az saytına açıqlama verən müğənninin bacısı İlahə Fəda məlumatı təkzib edib.
“Bu xəbər yalandır. Fədayə hazırda Xaçmazdadır. Anam xəbəri eşidən kimi ürəyi getdi, hazırda onun həkimə aparırıq. Anama bir şey olsa, xəbəri yayan saytı məhkəməyə verəcəyik.”
Qeyd edək ki, müğənninin həbs xəbərini APA saytı yayıb.

Xəbər xətti