Azərbaycanda məhkəmə hakiminin bahalı iti oğurlanıb - FOTO

12:23 - 6 Sentyabr 2017 - Xəbər

Azərbaycanda Alabay cinsindən olan bahalı it oğurlanıb. Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsindən (PB) “Report”a verilən məlumata görə, itin sahibi Samir Mayılov PB-yə müraciət edərək itinin tapılmasın üçün köməklik göstərilməsini xahiş edib.
Bundan başqa, S.Mayılov elan saytlarına da elan verərək itini tapan şəxsə min manat mükafat vəd edib.
Məlumata görə, iti itmiş S.Mayılov Xəzər Rayon Məhkəməsinin hakimidir.

Xəbər xətti