Dünya əhalisinin yarısı il ərzində daha bir ay ekstremal istilik yaşayıb

14:42 - 30 May 2025 - DÜNYA

Dünya sakinlərinin təxminən yarısı son bir il ərzində ən azı 30 gün daha çox ekstremal isti dövrləri yaşayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nyu-Cersi ştatında fəaliyyət göstərən "Climate Central" müstəqil alimlər qrupunun hesabatında bildirilir.

"12 ay ərzində 4 milyard insan - dünya əhalisinin təqribən 49%-i insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi səbəbindən ən azı 30 əlavə gün ərzində həddindən artıq istilərlə üzləşib.

Tədqiqatın müəllifləri 2024-cü ilin iyulunda Aralıq dənizi regionunda, 2024-cü ilin iyununda Meksika və ABŞ-da, 2025-ci ilin fevralında Cənubi Sudanda və 2025-ci ilin martında Mərkəzi Asiyada da daxil olmaqla 67 həddindən artıq isti dalğası müəyyən ediblər.

Alimlərin fikrincə, temperatur göstəricilərinin aşılması hallarının hamısı qlobal istiləşmənin nəticəsidir. Qeyd olunur ki, nəzərdən keçirilən 232 ölkədən 195-də həddindən artıq isti günlərin sayı hazırkı iqlim dəyişikliyindən əvvəlki göstəricilərlə müqayisədə iki dəfə artıb.

Avropa İqlim Dəyişiklikləri Xidməti "Kopernik"in məlumatına görə, 2024-cü il tarixdə ən isti il ​​olub.
İlk dəfə olaraq qlobal orta temperatur sənayedən əvvəlki səviyyə ilə müqayisədə 1,5 dərəcə Selsi keçdi və Dünya Okeanının səthinin orta illik temperaturu rekord səviyyəyə - 20,87 dərəcəyə çatdı.

Xəbər xətti