Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Mərkəzi Bankdan verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,5986 məzənnəsi ilə başlamış və 1,5970 məzənnəsi ilə yekunlaşıb.