Çərşənbə axşamı İspaniyanın Leon əyalətində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
Bu barədə yerli EFE agentliyi məlumat yayıb.
İnsident Bakı vaxtı ilə 18:12-də baş verib. Təyyarə Vilyanuyeva-del-Kondado şəhərciyi yaxınlığındakı sahəyə düşüb.
Hadisə yerinə dərhal xilasetmə xidmətinin əməkdaşları cəlb olunub, lakin təyyarənin hər iki sərnişini həyatını artıq itirmiş olub.
Qəzanın səbəbləri hələlik bilinmir.