Yaponiyanın Azərbaycandakı səfirliyi regionda baş verən hadisələrlə əlaqədar qeyri-müəyyən müddətə qədər fəaliyyətini dayandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə səfirliyin "İnstagram" hesabında məlumat paylaşılıb.
"Səfirlik regionda baş verən hadisələrlə əlaqədar olaraq fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatlığa görə üzr istəyirik.
Təcili məsələlər üçün mail ünvanına yaza bilərsiniz: [email protected]".