Ucnoqta.az
www.ucnoqta.az

<b>Təyyarə qəzaya uğrayıb, <font color=blue>2 nəfər ölüb</font></b>

10:51 - 7 Sentyabr 2016 tarixində dərc olunub.

Çərşənbə axşamı İspaniyanın Leon əyalətində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

Bu barədə yerli EFE agentliyi məlumat yayıb.
İnsident Bakı vaxtı ilə 18:12-də baş verib. Təyyarə Vilyanuyeva-del-Kondado şəhərciyi yaxınlığındakı sahəyə düşüb.
Hadisə yerinə dərhal xilasetmə xidmətinin əməkdaşları cəlb olunub, lakin təyyarənin hər iki sərnişini həyatını artıq itirmiş olub.
Qəzanın səbəbləri hələlik bilinmir.

Müəllif: Ucnoqta.az