MİQ-də ödəniş mərhələsi müddəti artırılacaq? - Bu gün son gündür

09:41 - 9 İyul 2026 - Xəbər

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə iştirak edəcək namizədlər üçün ödəniş prosesi davam edir.

Ucnoqta.az xəbər verir ki, ödəniş sistemi 6 iyul 2026-cı il saat 15:00-da istifadəyə verilib və 9 iyul saat 15:00-dək aktiv olacaq.

Ödəniş mərhələsində bəzi texniki problemlərin yaşanması namizədlər arasında müddətin uzadılacağı ilə bağlı gözləntiləri artırıb. Xüsusilə, ödənişdən azad edilməli olan bəzi namizədlərin şəxsi kabinetlərində ödəniş tələbi ilə bağlı bildirişin görünməsi narazılığa səbəb olub.

Qüvvədə olan qaydalara əsasən, aşağıdakı kateqoriyalara aid şəxslər MİQ müsabiqəsində iştirak üçün ödəniş etmirlər:

müsabiqədə ilk dəfə iştirak edən namizədlər;
şəhid ailəsi üzvləri;
müharibə veteranları;
əlilliyi olan şəxslər;
ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri.

Qeyd edək ki, ilkin plana əsasən MİQ imtahanlarının 1–10 iyul tarixləri arasında keçirilməsi nəzərdə tutulurdu. Lakin ödəniş prosesi və təşkilati məsələlər nəzərə alınaraq imtahanların 15 iyuldan sonra təşkil ediləcəyi gözlənilir. Rəsmi tarixlər elan olunduqdan sonra namizədlərə əlavə məlumat veriləcək.

Xəbər xətti