10 min manatlıq naqil oğurlayan şəxs saxlanılıb

15:19 - 3 İyul 2026 - Cəmiyyət

Nəsimi rayonunda yerləşən obyektlərin birindən 10 min manat dəyərində elektrik naqillərinin oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Tərlan Əhmədzadə müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı onun oğurladığı elektrik naqillərini metal qəbulu məntəqəsinə satdığı müəyyən olunub.

Araşdırmalar davam etdirilir.

Xəbər xətti