Tehran və Vaşinqton nümayəndələri arasında danışıqların növbəti mərhələsi 18 iyulda başlayacaq.
Ucnoqta.az xəbər verir ki, Əl-Hədəs TV bu barədə məlumat yayıb.
Yüksək vəzifəli mənbənin məlumatına görə, dolayı yolla İran-ABŞ danışıqlarının növbəti mərhələsi 18 iyulda başlayacaq. İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların yeri barədə hələlik heç bir məlumat yoxdur.