Ucnoqta.az
www.ucnoqta.az

İran və ABŞ danışıqlarının növbəti mərhələsi 18 iyulda başlayacaq

14:32 - 2 İyul 2026 tarixində dərc olunub.

Tehran və Vaşinqton nümayəndələri arasında danışıqların növbəti mərhələsi 18 iyulda başlayacaq.

Ucnoqta.az xəbər verir ki, Əl-Hədəs TV bu barədə məlumat yayıb.

Yüksək vəzifəli mənbənin məlumatına görə, dolayı yolla İran-ABŞ danışıqlarının növbəti mərhələsi 18 iyulda başlayacaq. İran və ABŞ nümayəndə heyətləri arasında danışıqların yeri barədə hələlik heç bir məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası