Dubayda inflyasiya 5,5%-ə yüksəlib

09:29 - 2 İyul 2026 - İQTİSADİYYAT

ABŞ və İran arasındakı münaqişə səbəbindən yanacaq, nəqliyyat və ərzaq idxalının artması fonunda Dubayda istehlak qiymətlərinin artımı may ayında 5,5%-ə çatıb.

Ucnoqta.az bildirir ki, bu barədə Əmirliklərin "The National" qəzeti Emirates NBD-nin hesabatına istinadən məlumat verib.

Bankın baş iqtisadçısı Den Riçards qeyd edib ki, neft qiymətlərinin aşağı düşməsi və nəqliyyat axınlarının yaxşılaşması idxala qiymət təzyiqini azaltdığı üçün illik inflyasiyanın iyun ayında bir qədər artacağını və iyul ayından etibarən yavaşlayacağını gözləyirik.

Maliyyə qurumunun məlumatına görə, may ayı göstəricisi proqnozlaşdırılan 5,4%-dən bir qədər yüksək və münaqişənin ən qızğın vaxtında apreldə qeydə alınan 4,8%-dən xeyli yüksək olub. Riçards dekabr ayına qədər inflyasiyanın illik müqayisədə 2,9%-ə qədər yavaşlayacağını proqnozlaşdırır.

Çərşənbə axşamı günü BƏƏ hökumət komitəsi qlobal qiymətlərin düşməsi səbəbindən benzinin pərakəndə satış qiymətlərini 14%, dizel yanacağının qiymətlərini isə 17% endirib. Münaqişənin ən qızğın vaxtında ölkədə əsasən subsidiyasız olan benzinin qiyməti 60% artıb. Hazırda qiymətlər yanvar ayı səviyyəsindən təxminən 35% yuxarıdadır.

Xəbər xətti