Göyçayda 2 tondan artıq çətənə kolu məhv edilib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a məlumat verilib. Qeyd olunub ki, Göyçayda polis əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 2 ton 300 kiloqram olan 5400 ədəd çətənə kolu məhv edilib.