Britaniyada rekord istilər səbəbindən yeddi nəfər boğuldu

18:18 - 28 İyun 2026 - DÜNYA

Bu həftə Böyük Britaniyada rekord istilər səbəbindən yeddi nəfər boğuldu.

Ucnoqta.az xəbər verir ki, The Sunday Mirror qəzetinin məlumatına görə, həftəsonu 15 yaşlı oğlan və 55 yaşlı qadın ölüb.

Adı açıqlanmayan oğlan Böyük Mançesterdəki Kovberi su anbarına girdikdən sonra itkin düşüb.

Pol daha sonra onun cəsədini tapıb və açıq suda üzməyin riskləri barədə xəbərdarlıq edərək başsağlığı verib. Elə həmin gün bir qadın Qərbi Midlendsdəki bir kənd parkındakı hovuzda üzərkən boğuldu.

Son günlərdə 13 və 15 yaşlarında iki yeniyetmə və 22-69 yaşlarında üç kişi də göllərdə, çaylarda və dənizdə üzərkən boğulub.
Mütəxəssislər hesab edirlər ki, ölümün əsas səbəbi temperatur dəyişikliyindən yaranan şok və bu cür vəziyyətlərdə baş verə biləcək damar spazmları və ya əzələ kramplarıdır. Son günlərdə havanın temperaturu tarixi iyun rekordunu qıraraq 37,3 dərəcə Selsiyə çatsa da, su hövzələri hələ də isinməyib.

Xəbər xətti