Rusiyada helikopter qəzasında pilot həlak olub - Araşdırma aparılır

19:12 - 24 İyun 2026 - DÜNYA

İstintaq Komitəsi Krasnodar diyarında Mi-2 vertolyotunun qəzasından sonra hava nəqliyyatı qaydalarının pozulması ilə bağlı cinayət işi açıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsinin 2-ci hissəsi (yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması və hava nəqliyyatının istismarı, səhlənkarlıqdan bir nəfərin ölümünə səbəb olduqda) ilə cinayət işi açıb.

Cənub Nəqliyyat Prokurorluğu da qəzanın səbəbləri ilə bağlı araşdırmaya başlayıb.

Məlumata görə, bu gün Krasnodar diyarının Prikubanski kəndi yaxınlığında hava kimyəvi əməliyyatları zamanı Mi-2 helikopteri qəzaya uğrayıb. Pilot həlak olub.

Xəbər xətti