Estoniya hava məkanına daxil olan PUA NATO-nun Baltik Hava Polisi missiyasının bir hissəsi olaraq Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə tərəfindən vurulub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Estoniya müdafiə naziri Hanno Pevkur bildirib.
Pevkur qeyd edib ki, radarlar və Hərbi Hava Qüvvələri sistemləri PUA-nıngörünməsindən əvvəl belə potensial təhlükəni müəyyən edib.
Nazirin sözlərinə görə, Baltik Hava Patrulunun qırıcı təyyarəsi dronu vurub.
ERR-in məlumatına görə, F-16 qırıcısı Litvanın Şyaulyay şəhəri yaxınlığındakı aviabazadan havaya qalxıb.