Bakının bəzi ərazilərində qaz kəsiləcək

21:30 - 18 May 2026 - Cəmiyyət

Sabah saat 09:00-dan Nəsimi, Səbail, Yasamal və Nizami rayonlarının Rəsul Rza, Tolstoy, Mərdanov qardaşları, Bəşir Səfəroğlu, Dilarə Əliyeva, İslam Səfərli, Topçubaşov, 8-ci Köndələn və Pəhlivan Fərzəliyev küçələrində, Bülbül prospektinin bir hissəsində qaz təchizatında fasilə yaranacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədardır.

Xəbər xətti