Naxçıvan reysləri ləğv edildi

21:28 - 18 May 2026 - Xəbər

Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən AZAL-ın bu istiqamət üzrə həyata keçirdiyi reyslər ləğv olunub.

Ucnoqta.az xəbər verir ki, hava şəraiti sabitləşdikdən sonra uçuşlar cədvələ uyğun şəkildə bərpa ediləcək.

Aviaşirkətdən qeyd olunub ki, sərnişinlərin təhlükəsizliyi əsas prioritet olaraq qalır və vəziyyət nəzarətdə saxlanılır.

Xəbər xətti