Rusiya Nəqliyyat prokurorluğu Xabarovsk diyarında helikopterin sərt enişi ilə bağlı araşdırmaya başlayıb.
Ucnoqta.az xəbər verir ki, Ural Nəqliyyat Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, Mi-8 helikopterinin gövdəsinə ziyan dəyib.
Qeyd olunur ki, UTair - Helicopter Services şirkətinə məxsus Mi-8 helikopteri hava işlərini başa vurduqdan sonra yerə enərkən arxa gövdəsi zədələnib. Ekipaj üzvləri və xidmət sərnişinləri xəsarət almayıb.
Hadisənin səbəbi və şəraiti araşdırılır.