Rusiya Ukraynanın enerji infrastrukturuna kütləvi zərbə endirib

13:04 - 17 Fevral 2026 - DÜNYA

Rusiya Ukrayna enerji infrastrukturu obyektlərinə kütləvi hücum təşkil edib.

Ucnoqta.az xəbər verir ki, bu abrədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, bu günkü hücum zamanı Rusiya Federasiyası Ukraynaya 29 raket və 396 hücum PUA-sı atıb.
Qeyd olunur ki, düşmən Rostov vilayətindən və Krımdan dörd İsgəndər-M ballistik raketi, Xəzər dənizindən 20 X-101 hava buraxılışlı qanadlı raketi, Kursk vilayətindən dörd İsgəndər-K qanadlı raketi və Donetsk vilayətinin hava məkanından bir X-59/69 hava buraxılışlı raketi ilə hücum edib.

Həmçinin qeyd olunur ki, ilkin məlumatlara görə, hava hücumundan müdafiə sistemləri 20 X-101 hava buraxılışlı qanadlı raketi, 4 İsgəndər-K qanadlı raketi və bir X-59/69 idarə olunan hava raketini vurub.

Xəbər xətti