İdlib əyalətində Daxili Təhlükəsizlik Qüvvələrindən ən azı dörd Suriya əsgəri naməlum silahlılar tərəfindən öldürülüb.
Ucnoqta.az xəbər verir ki, Suriya TV-nin məlumatına görə, təhlükəsizlik qüvvələri Maaret əl-Nu`man şəhərinin cənubunda pusquya salınıb. Ölən dörd nəfərdən əlavə, daha bir nəfər yaralanıb və ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Hücumun baş verdiyi əraziyə gücləndirici qüvvələr gəlib və ərazidə silahlı dəstəni axtarırlar.