Ucnoqta.az
www.ucnoqta.az

İdlibdə ən azı dörd Suriya əsgəri həlak olub

22:46 - 14 Dekabr 2025 tarixində dərc olunub.

İdlib əyalətində Daxili Təhlükəsizlik Qüvvələrindən ən azı dörd Suriya əsgəri naməlum silahlılar tərəfindən öldürülüb.

Ucnoqta.az xəbər verir ki, Suriya TV-nin məlumatına görə, təhlükəsizlik qüvvələri Maaret əl-Nu`man şəhərinin cənubunda pusquya salınıb. Ölən dörd nəfərdən əlavə, daha bir nəfər yaralanıb və ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Hücumun baş verdiyi əraziyə gücləndirici qüvvələr gəlib və ərazidə silahlı dəstəni axtarırlar.

Müəllif: Ucnoqta.az redaksiyası