Japarov Qırğızıstanda ölüm hökmünün bərpasını təklif edib

11:05 - 1 Oktyabr 2025 - DÜNYA

Qırğızıstan prezidenti Sadır Japarov xüsusilə ağır cinayətlərə görə ölüm hökmünün bərpasını təklif edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat katibi Askat Alagozov Facebook-da məlumat verib.

“Prezident Prezident Administrasiyasının Hüquqi təminat şöbəsinin müdiri Murat Ukuşevə uşaqlara, qızlara və qadınlara qarşı cinayətlərə görə ən ağır cəzaları nəzərdə tutan qanunvericiliyə dəyişikliklər layihəsinin hazırlanmasını tapşırıb.

Xüsusilə, bu, uşaqların zorlanmasına, eləcə də qadınların zorlanmasına və öldürülməsinə görə ölüm cəzasının tətbiqinə aiddir”, - mətbuat katibi bildirib.

Alagözov qeyd edib ki, prezidentin bu qərarı respublikanın İssık-Kul vilayətində 17 yaşlı qızın vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı olub. 

Mətbuat katibinin sözlərinə görə, Japarov hesab edir ki, xüsusilə uşaqlara və qadınlara qarşı cinayətlər cəzasız qalmamalıdır.

Xəbər xətti