"Finalda Türkiyə var" deyən jurnalist geri addım atdı

17:29 - 19 İyun 2025 - Xəbər

Qatıldığı verilişdə İranla müharibənin yarımfinal olduğunu, finala Türkiyə ilə çıxacaqlarını söyləyən israilli jurnalist Eyal Berkoviç geri addım atıb.

Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki,o, zarafat etdiyini deyib:

"Sadəcə zarafat idi, Türkiyə dedim. Misiri də deyə bilərdim, başqa bir ölkə də deyə bilərdim. Eləcə ağzımdan Türkiyə çıxdı. Minlərlə təhdid mesajı aldım" söyləyən aparıcı sözlərini yumşaltmağa çalışıb.

Qeyd edək ki, bundan əvvəl Eyal Berkoviç İran üzərində qələbəni açıq şəkildə qeyd edib və İsrailin bundan sonra Türkiyəyə hücum edə biləcəyinə eyham vurub:

“Bu səhər mənə bir zarafat gəldi ki, 1/4 finalda HƏMAS-la bərabərə qaldıq, onları penaltilər seriyasında məğlub etdik. Yarımfinalda İrana qalib gəldik. Finala gəlincə, Türkiyə var”.

Onun bu sözləri türkiyəliləri qəzəbləndirib.

Xəbər xətti